AZ

İtaliyadan gətirilən duzda uyğunsuzluq aşkarlandı - FOTOLAR

Nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi "İtalkali" müəssisəsinin istehsalı olan 144 kiloqram və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi “Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi"nin istehsalı olan 2 ton 100 kiloqram yodlaşdırılmış duz məhsulundan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Bu barədə "Unikal"a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

Seçilən
3
23
unikal.az

10Mənbələr