AZ

İsrail prezidenti: Ordu mövcud təhlükəni aradan qaldırmaq üçün əməliyyata başlayıb

İsrail prezidenti İsaak Hersoq İrana hücuma münasibət bildirib...

Poliqon xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

"Ordumuz İranı vurmaqla xalqımıza qarşı mövcud olan təhdidləri neytrallaşdırmaq üçün məqsədyönlü əməliyyat başlayıb", deyə prezident bildirib.

Onun sözlərinə görə, son onilliklər ərzində qlobal terror imperiyasına başçılıq edən İran rejimi öz müvəkkilləri vasitəsilə regionu radikallaşdırmağa və sabitliyi pozmağa davam edir, hərbi nüvə potensialını artırmaq və ballistik raket arsenalını genişləndirmək üçün yorulmadan çalışır.

O, həmçinin İranı İsrail dövlətini məhv etmək niyyətində ittiham edib və bu planlarını reallıqda həyata keçirməyə çalışıb:

"İsrailin özünü müdafiə etmək üçün ayrılmaz hüququ və müqəddəs vəzifəsi var və bunu həmişə qətiyyətlə və aydın şəkildə edəcək. Biz ürəkdən ümid edirik ki, bu, regionumuzun daha dinc və firavan gələcəyə doğru trayektoriyasını dəyişəcək"

İyunun 13-nə keçən gecə İsrail, məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan Am Kelavi (Aslan kimi millət) əməliyyatına başladığını elan edib. Yəhudi dövlətinin ordusu daha sonra Tehran və Natanz da daxil olmaqla bir neçə şəhərdə hədəfləri vurub. Hədəflər arasında hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yaşadığı yaşayış kompleksləri olub.

Bu fonda İranın ali dini lideri Əli Xamenei xalqa müraciət edib. O, hücumlarda bir neçə alim və komandirin həlak olduğunu bildirib. Eyni zamanda, Xamenei deyib ki, o, İran qoşunlarına İsrailin zərbələrinə cavab vermək üçün hərəkət azadlığı verib.

Poliqon.info

Seçilən
25
50
poliqon.info

10Mənbələr