İsrailin İrana hava zərbələri endirməsinin ardından rəsmi Tehrandan ilk həmlə gəlib.
“Cebheinfo.az” xəbər verir ki, İran İsrailə 200-ə yaxın PUA zərbəsi endirməyə qərar verib.
Artıq sözügedən PUA-lar İsrailə doğru yola düşüb. İlkin məlumatlara görə, onların İsrailə 7-9 saata çatması gözlənilir.
Lakin İsrail indidən önləyici tədbirlərini hazırlayıb. Həmin PUA-ların hava məkanına daxil olmadan zərərsizləşdirilməsi planlaşdırılır.
Həmçinin, ABŞ və İngiltərə də İsraili hava hücumundan müdafiə etmək üçün hərəkətə keçiblər.