AZ

Tramp: Lazım gələrsə, İsraili müdafiə edəcəyik

İsrailin İrana hava zərbələri endirməsindən sonra ABŞ prezidenti Donald Tramp ilk açıqlamasını verib.

Turkustan.az xəbər verir ki,ABŞ prezidenti Tramp Fox News telekanalına müsahibəsində deyib: "İranın nüvə bombası ola bilməz, biz danışıqlar masasına qayıtmağa ümid edirik".

Tramp açıqlamasına: "Görəcəyik. Rəhbərlikdə geri dönməyəcək bir neçə adam var" deyərək davam edib.

İsrailin İrana hücumlarına Tehrandan cavab gözlədiyini qeyd edən Tramp: “Lazım gələrsə, İsraili müdafiə edəcəyik” deyib.

Digər tərəfdən, Ağ Ev ABŞ prezidenti Trampın bu axşam Milli Təhlükəsizlik Şurasını toplayacağını açıqlayıb.

ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranla nüvə müzakirələrinin bu bazar günü Omanda davam etdirilməsi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr