AZ

AMEA ilə “UI GreenMetric” Dünya Universitetləri reytinq təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan “UI GreenMetric” Dünya Universitetləri reytinqinin təsisçisi, İndoneziya Universitetinin professoru Riri Fitri Sari ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasında aparılan islahatlar içərisində başlıca istiqamətlərdən birinin elektron hərəkatı olduğunu və bu münasibətlə AMEA-nın Rəyasət Heyəti aparatında Elektron akademiya şöbəsinin yaradıldığını bildirib. Qeyd edib ki, şöbə tərəfindən qısa müddət ərzində reytinq göstəriciləri, rəqəmsallaşma, süni intellektin elmi tədqiqatlarda tətbiqi, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub, Azərbaycan elmini dünyaya çıxarmaq məqsədilə alimlərimizin beynəlxalq akademik şəbəkələrdə profilləri yaradılıb, elmi nəşrlərin veb-saytları hazırlanıb və jurnallarda işıq üzü görən məqalələrə DOİ identifikatoru verilməyə başlanıb.

AMEA rəhbəri bu gün həyatımızın bir parçasına çevrilən süni intellektin humanitar və ictimai elmlər sahələri üzrə elmi tədqiqatlarda tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib və bununla bağlı alimlərimizin indoneziyalı mütəxəssislərlə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Professor Riri Fitri Sari təmsil etdiyi qurumun elmi-tədqiqat fəaliyyəti barədə məlumat verib. O, “UI GreenMetric” Dünya Universitetləri reytinqinin elmi qurumların və universitetlərin bir sıra istiqamətlərdə elmi-tədqiqat fəaliyyətlərinin qiymətləndirilməsində mühüm rol oynadığını deyərək reytinqin qurumlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün əvəzsiz platforma olduğunu bildirib.

AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin baş mütəxəssisi Aygün Əliyeva təmsil etdiyi şöbənin fəaliyyət istiqamətləri barədə qonağa məlumat verib, suallarını səsləndirib.

Görüşdə reytinq, rəqəmsallaşma, süni intellekt, yaşıl texnologiyalar istiqamətində birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, uyğun mütəxəssislərlə əlaqələrin yaradılması və davam etdirilməsi barədə razılığa gəlinib.

Sonra qonaq AMEA-nın Rəyasət Heyətində olub, Elektron akademiya şöbəsinin əməkdaşları ilə görüşüb, bir sıra təcrübələrini onlarla bölüşüb. Sonda AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
3
azertag.az

4Mənbələr