İsrailin cümə gününə keçən gecə İranın nüvə obyektlərinə hücumu ABŞ ilə hərtərəfli koordinasiyada həyata keçirilib.
“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i İsrail hökumətindəki adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
"Biz ABŞ administrasiyasına İranın nüvə bombası yaratma prosesində irəliləyişi barədə sübutlar təqdim etmişik. ABŞ ilə tam və hərtərəfli koordinasiya həyata keçirilib", - mənbə bildirib.