AZ

Moskva Dövlət Universitetinin Bakı filialı 2025/2026-cı tədris ili üçün bakalavr pilləsinə tələbə qəbulu elan edir

Bakı. Trend:

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıfilialı (bundan sonra – Filial)2025/2026-cı tədris ili üçün aşağıdakıistiqamətlər üzrə bakalavr pilləsinə tələbə qəbulu elan edir:

İstiqamətlər və təhsil proqramları

Qəbul planı

Dövlət sifarişli yerlərin sayı

Ödənişli yerlərin sayı

Filologiya fakültəsi

050205 Filologiya

38

30

8

Təhsil proqramı “Rus dili və ədəbiyyatı”

12

10

2

Təhsil proqramı “Roman-german filologiyası” (ingilis,italyan)

26

20

6

Tətbiqi riyaziyyat fakültəsi

050511 Tətbiqi riyaziyyat

30

25

5

Kimya fakültəsi

050508 Kimya

30

25

5

İqtisadiyyat fakültəsi

050405 İqtisadiyyat

16

13

3

050408 Menecment

15

12

3

Fizika fakültəsi

050505 Fizika

30

25

5

Bundan əvvəl Azərbaycan Respublikası (AR) büdcəsi hesabınabakalavr səviyyəsi üzrə ali təhsil almayan Azərbaycan vətəndaşlarıvə Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər AzərbaycanRespublikası büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsilalmayan əcnəbilər üçün təhsil ödənişsizdir. Buşəxslər yalnız dövlət sifarişi ilə ayrılmış yerlərə iddia edirlər,qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğunolaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. MDU-nunBakı filialının bakalavr pilləsinə daxil olmaq istəyən şəxslərFilialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququqazanmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aliməktəblərin bakalavr pilləsinə qəbul imtahanlarının birincicəhdində hər hansı bir ixtisas qrupu (I-IV) üzrə250 və ya daha çox (400 mümkün baldan) baltoplamalıdırlar.

Bundan əvvəl Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsilalmış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər AzərbaycanRespublikası büdcəsi hesabına ali təhsil almış AzərbaycanRespublikasında daimi yaşayan əcnəbilər, həmçinin vətəndaşlığıolmayan şəxslər və Azərbaycan Respublikasında daimi yaşamayanəcnəbilər üçün təhsil forması ödənişlidir. Buşəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar Filialınqəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğunolaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. Filialdaonlarla mühasibə aparıldıqdan sonra DİM-in keçirdiyi imtahanındaiştirak etmədən Filialın təşkil etdiyi qəbul sınaqlarınaburaxılırlar.

Əvvəllər bakalavr pilləsində Azərbaycan Respublikası büdcəsihesabına təhsil almış Azərbaycan vətəndaşları üçün illik təhsilhaqqı 1750 AZN, Azərbaycan Respublikasında daimi yaşayan vəəvvəllər bakalavr pilləsində Azərbaycan Respublikası büdcəsihesabına təhsil almış əcnəbilər, həmçinin vətəndaşlığı olmayan vəya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olmayanəcnəbilər üçün isə illik təhsil haqqı 1100 ş.v. (şərti vahid)təşkil edir.

DİM tərəfindən keçirilən imtahanlarda toplanan ballar qəbulsınaqlarında toplanan ballara əlavə edilmir, müsahibədən keçdikdənsonra bu yalnız Filialın keçirdiyi qəbul sınaqlarında iştirakhüququ verir və yekun nəticəyə təsir göstərmir.

Qəbulda iştirak edən bütün şəxslər qəbul sınaqlarındatopladıqları ballar əsasında və qəbul planına uyğun olaraq ümumimüsabiqədə iştirak edirlər.

Qəbulda iştirak edən bütün şəxslər MDU-nun Bakı filialının birfakültəsinə sənəd verə bilərlər. Fakültə seçimi DİM tərəfindənkeçirilən imtahanlarda balların hansı ixtisas qrupundatoplanmasından asılı deyil.

Filologiya və ya İqtisadiyyat fakültələrinin bakalavr pilləsinədaxil olmaq istəyən şəxs bir fakültə çərçivəsində iki təhsilproqramı və ya iki istiqamət üzrə müsabiqədə iştirak edə bilər.

Bir fakültə çərçivəsində iki təhsil proqramı və ya iki istiqamətüzrə müsabiqədə iştirak edən şəxs sənədlərini təqdim edərkənproqram və ya istiqamətlərin siyahısını prioritet qaydadagöstərməlidir (əvvəlcə üstünlük verilən istiqamətgöstərilməlidir).

Proqram və ya istiqamətlərin ardıcıllığının prioritetqaydasını dəyişmək, həmçinin ərizəyə hər hansı bir dəyişiklik etməkbirinci kursa sənəd qəbulunun son günündən gec olmayaraqmümkündür.

Daha çox üstünlük verdiyi təhsil proqramı və ya istiqamətindəmüsabiqədən keçmiş şəxs digər təhsil proqramlarının və yaistiqamətlərinin müsabiqəsindən kənarlaşdırılır. Daha çox üstünlükverdiyi təhsil proqramı və ya istiqamətində müsabiqədən keçmədiyihalda prioritetə əsasən, digər təhsil proqramı və ya istiqamətiüzrə olan ümumi müsabiqədə iştirak edir.

Bakalavr pilləsinə ərizə qəbulu elektron qaydada 13 iyun2025-ci ildən 14 iyul 2025-ci ilədək keçiriləcək(qeydiyyat 12:00-da yekunlaşacaq). Ərizəni Filialınhttps://msu.edu.az saytında və yaxud DİM-inhttp://dim.gov.az/saytında vermək olar.

Miqrasiya Xidməti tərəfindən verilən daimi (seriya DYİ)və ya müvəqqəti yaşayış (seriya MYİ) haqqında sənədi olan xaricivətəndaşlar qeydiyyat zamanı bu sənədin seriya və nömrəsinigöstərməlidirlər. Yuxarıda göstərilən sənədləri olmayan (FİN koduolmayan) xarici vətəndaşlar elektron qeydiyyat sistemində xaricipasportun məlumatlarını göstərməli, AzərbaycanRespublikası vətəndaşlığı və Azərbaycan Respublikasında daimiyaşamaq icazəsinin olmaması haqqında olan əllə yazılmış ərizəniyükləməli (msu.edu.az saytında nümunə verilmişdir) və eləcə də[email protected] ünvanına orta təhsil haqqında attestat və ya təhsiliuğurla bitirmək haqqında məktəbdən arayış göndərməlidirlər (2025-ciilin məzunlarının attestatı olmadıqda).

Müsahibənin keçirilmə formatı əyanidir (rus dilində).Müsahibə Bakı şəhəri, Binəqədi r-nu, Xocasən qəsəbəsi, Universitetküçəsi, 1 ünvanında ( müsahibənin keçirilmə vaxtı: 18 iyul 12.00(roman-german filologiyası, kimya və fizika fakültələri) və 21 iyul12.00-da (rus dili və ədəbiyyatı, tətbiqi riyaziyyat vəiqtisadiyyat fakültəsi), saat 10.00-da keçiriləcək imtahan məsləhətsaatından sonra) olacaqdır. Müsahibədən keçməyən şəxslər qəbulimtahanına buraxılmır.

İmtahanların keçirilmə formatı əyanidir. İmtahanlarBinəqədi r-nu, Xocasən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanındakeçiriləcəkdir. Müsahibəyə və imtahanlara gələn şəxs özü iləaşağıdakı sənədləri gətirməlidir:

  • Şəxsiyyəti təsdiq edən sənəd;
  • Elektron qeydiyyat sistemindən çap edilmiş və şəxsi imzalıburaxılış vərəqəsi.

Qəbulla bağlı bütün məlumatlar, o cümlədənsənəd qəbulunun müddəti, qəbul sınaqlarının tarixləri, həmçininsiyahılar MDU-nun Bakı Filialının https://msu.edu.az/ saytında və məlumatstendlərində yerləşdirilir.

Qəbul imtahanları aşağıdakı fənlər üzrəkeçiriləcək:

Fakültə, istiqamət, təhsil proqramı

Qəbul sınaqları

Tarix

050205

Filologiya fakültəsi

İstiqamət “Filologiya”

Təhsil proqramı “Rus dili və ədəbiyyatı”

Rus ədəbiyyatı

(yazılı, inşa)

22 iyul (10:00)

Rus dili

(yazılı, ifadə)

25 iyul (10:00)

Təhsil proqramı “Roman-german filologiyası” (ingilis,italyan)

Xarici dil (yazılı)

19 iyul (10:00)

Rus ədəbiyyatı

(yazılı, inşa)

22 iyul (10:00)

Rus dili

(yazılı, ifadə)

25 iyul (10:00)

050511

Tətbiqi riyaziyyat fakültəsi

İstiqamət “Tətbiqi riyaziyyat”

Riyaziyyat (yazılı)

22 iyul (10:00)

Rus dili

(yazılı, ifadə)

25 iyul (10:00)

050508

Kimya fakültəsi

İstiqamət “Kimya”

Kimya (yazılı)

19 iyul (10:00)

Riyaziyyat (yazılı)

22 iyul (10:00)

Rus dili

(yazılı, ifadə)

25 iyul (10:00)

050405

İqtisadiyyat fakültəsi

İstiqamət “İqtisadiyyat”

Riyaziyyat (yazılı)

22 iyul (10:00)

Rus dili

(yazılı, ifadə)

25 iyul (10:00)

050408

İstiqamət “Menecment”

Riyaziyyat (yazılı)

22 iyul (10:00)

Rus dili

(yazılı, ifadə)

25 iyul (10:00)

050505

Fizika fakültəsi

İstiqamət “Fizika”

Fizika (yazılı)

19 iyul (10:00)

Riyaziyyat (yazılı)

22 iyul (10:00)

Rus dili

(yazılı, ifadə)

25 iyul (10:00)

Filiala qəbul Moskva DövlətUniversitetinin rektorunun adına abituriyent tərəfindən yazılmışərizə əsasında Filialın müəyyən etdiyi müddət ərzində aparılır.

Bakalavr proqramları üzrə təhsil üçün qəbul olmaq haqqında şəxsiərizəyə qeydiyyatdan keçdikdən sonra müsahibədə iştirak üçünaşağıdakılar əlavə edilməlidir (sənədlər [email protected] elektronpoçtuna göndərilməlidir):

  • şəxsiyyət vəsiqəsinin surəti və onun notarius tərəfindən təsdiqedilmiş rus dilində tərcüməsi;
  • ümumi orta təhsil, orta peşə təhsili və ya ali təhsil haqqındasənədin əsli və onun notarius tərəfindən təsdiq edilmiş rus dilindətərcüməsi;
  • 3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmişrəngli, başıaçıq, mat kağızda);
  • xasiyyətnamə:

a) məzunlara-məktəbdən;

b) işləyənlərə-iş yerindən;

c) ordudan tərxis olunmuş şəxslərə-hərbi hissədən;

d) işləməyən şəxslərə-yaşayış yerindən;

  • “ASAN xidmət” mərkəzlərindən məhkumluğun olmaması barədə arayışAR vətandaşları üçün (AR vətəndaşlığı olmayan şəxslər üçün —yaşayış yerindən);
  • Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqındavəsiqənin surəti (hərbi mükəlləfiyyətli şəxslər üçün).

Ulduzla işarələnmiş növbəti üç arayışı tədris ilinin əvvəlində“M.V.Lomonosov adına MDU-nun Bakı filialının yataqxanasında daxilinizam-intizam qaydalarına” uyğun olaraq yaşayış hüququna malikqəbul olunmuş tələbələr təqdim etməlidirlər. Arayışlar ödənişsizdirvə mütləq şəkildə göstərilən ünvanlardan alınmalıdır:

  • *Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda flüoroqrafiyamüayinəsindən keçmə haqqında arayış. Ünvan: Bakı ş., Nizami r.,M.Şərifli küç., 163;
  • *Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi SağlamlıqMərkəzindən arayış. Ünvan: Bakı ş., Nərimanov r., İ. Hidayətzadəküç., 16;
  • *Bakı Şəhər Narkoloji Mərkəzdən arayış. Ünvan: Bakı ş., Yasamalr., A.M. Şərifzadə küç., 229.

Aşağıdakı məlumata diqqət yetirilməsi xahişolunur:

Filialın qəbul imtahanlarından keçə bilməyən abituriyentlərdigər ali məktəblər üçün DİM tərəfindən keçirilən müsabiqədəiştirak edə bilərlər. Abituriyentlərin şəxsi işlərinin yaradılmasızamanı Filial tərəfindən əlavə arayışlar da tələb oluna bilər.Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır vəsonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxilolmaq üçün müsabiqədə iştirak etmirlər. Filialda təhsil prosesiM.V. Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrəhəyata keçirilir. Təhsil rus dilində, əyani və gündüzdür. Dərslər,əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyətitərəfindən aparılır. Filialın məzunlarına MDU-nun diplomu verilir.“Kimya” hazırlığı istiqaməti üzrə buraxılış kvalifikasiya işiMDU-nun kimya fakültəsində Moskva şəhərində yerinə yetirilir.“Filologiya” hazırlığı istiqaməti üzrə tələbələr üçün xaricdə yaydil təcrübəsi nəzərdə tutulmuşdur.

E-mail: [email protected]

Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 7515 (mob)

Seçilən
2
1
az.trend.az

2Mənbələr