AZ

Aylıq 10 000 manat icarə gəliri olan butik hotel satışa çıxarılıb - QİYMƏT

Bakının mərkəzində, "mərkəzi univermaq" yaxınlığında yerləşən "boutique" hotel satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, butik hotel 1 950 000 manatla satışa çıxarılıb.

Üç mərtəbəli və 10 otaqlı bu obyektin ümumi sahəsi 355 kvadratmetr təşkil edir. Hotelin ərazisində lift mövcuddur və obyekt tam təmirli, müasir şəraitlə təchiz olunub.

Məlumata görə, hazırda hotel 10 000 manat aylıq icarə gəliri gətirir. Obyektin genişlənməsi üçün əlavə sahə imkanları da mövcuddur. Eyni zamanda, qiymətin 20 faizinə qədər barter də mümkündür.

Əmlak sahibləri yalnız birbaşa alıcılarla əlaqə qurmaq istədiklərini qeyd edir və "maklerlərə" müraciət etməmələri xahiş olunur.

Maraqlanan şəxslər ətraflı məlumat üçün 070 215 93 47 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mayya Hüseynova

Seçilən
16
valyuta.az

1Mənbələr