AZ

Rəşad Mustafayev: Veteranların ehtiyacları üçün verilən təqaüdlər sosial ədalətə əsaslanır

BAKI, 13 iyun. TELEQRAF

İkinci Qarabağ Müharibəsində qazi olmuş şəxslərə, müharibə veteranlarına verilən təqaüd onların kommunal, nəqliyyat kimi ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev 2025-ci ildə həyata keçirlən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib.

O bildirib ki, bu yanaşma sosial ədalət prinsipinə dayanır və buna görə də veterenaların əmək qabiliyyəti mümkün olduğundan onlara məşğulluqla bağlı təşviqlər edilir.

Nazir müavini qeyd edib ki, onların məşğulluğu təmin olunur, məşğulluq proqramlarına cəlb edilirlər.

Seçilən
44
teleqraf.com

1Mənbələr