AZ

Yod Tərkibi Aşağı Olan Duzlar Məhv Edildi – AQTA Açıqladı

Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi “İtalkali” müəssisəsinin istehsalı olan 144 kq və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi “Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi”nin istehsalı olan 2 100 kq yodlaşdırılmış duz məhsulundan götürülən nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

image-img_6626

Seçilən
12
busaat.az

1Mənbələr