150-dən çox İran pilotsuz təyyarəsi İraq hava məkanından İsrailə doğru uçub.
Publika.az xəbər verir ki, bu barədə İraqın yüksək səviyyəli təhlükəsizlik mənbəsi “Shafaq News”a bildirib.
Pilotsuz təyyarələrin Diyalanın şimal-şərq əraziləri üzərində uçduğunu qeyd edən mənbə, İraq təhlükəsizlik qüvvələrinin vilayətin müxtəlif yerlərində 5 raket qalığı və dağıntı aşkarladığını bildirib.
Bundan əvvəl İsrail ordusu Tel-Əvivin misli görünməmiş hərbi əməliyyatına cavab olaraq İranın İsrailə doğru onlarla pilotsuz uçan aparat buraxdığını, nəticədə İranın hərbi rəhbərləri və nüvə alimlərinin həlak olduğunu bildirmişdi.