Türk dövlətləri onkoloqlarının assosiasiyasının yaradılması təklif olunub.
"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iyunun 13-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, belə bir qurumun yaranması və fəaliyyəti dövrü olaraq hər il belə tədbirlərin keçirilməsi üçün zəmin yaradacaq.