AZ

Ağdamda azad edilmiş ərazidə sümük qalıqları tapılıb - YENİLƏNİB

İyunun 12-də Ağdam rayonu, Maqsudlu kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətinən bildirilib.

Qeyd olunub ki, dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***

10.42

Ağdamın işğaldan azad edilmiş Maqsudlu kəndində qazıntı işləri aparılarkən insan skeletinə bənzər sümük fraqmentləri aşkarlanıb.

APA-nın yerli bürosunun əldə etdiyi xəbərə görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt üzrə tədbirlər həyata keçirilir.

Seçilən
18
13
apa.az

10Mənbələr