AZ

Müharibənin başlama səbəbi ilə bağlı ŞOK DETALLAR: Netanyahunun səbr kasasını İranın bu hərəkəti daşırıb

İsrailin İrana hücum etməsi dünyanın gündəmini zəbt edib. Hərbi əməliyyatların genişmiqyaslı müharibəyə çevriləcəyi ilə bağlı kifayət qədər fikirlər səsləndirilir. Bəs görəsən, bu hərbi əməliyyatlar regionda genişmiqyaslı müharibəyə çevriləcəkmi? İsrail qalib gələ və İran rejimini məhv edə bilərmi? Ümumiyyətlə,Tehranın cavabı necə olacaq ?

Mövzunu KONKRET.az-a politoloq Oqtay Qasımov şərh edib:

Oqtay

“İsrailin İrana zərbə endirəcəyi gözlənilirdi. Trampla görüşdə də Netanyahu bu məsələni müzakirəyə çıxarmış və ABŞ liderinin dəstəyini almışdı. Lakin aprel ayında danışıqlar başladı və ABŞ İsraili müharibə variantından çəkindirməyə, məsələnin diplomatik yolla həllinə çalışdı. Amma 5 raund danışıqlar keçirilsə də, heç bir nəticə əldə olunmadı. İsrail isə İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini vurğuladı. Neyanyahunun səbr kasasını İsrail nüvə obyektləri ilə bağlı İranın məlumatlı olduğunu açıqlaması idi. Bu, vəziyyəti gərginləşdirmək cəhdi kimi dəyərləndirildi. Artıq bir neçə saatdır ki, hücumlar davam edir, nüvə silahı üzərində işləyən xeyli sayda şəxslər və İranın hərbi rəsmiləri zərərsizləşdirilib. Ancaq müharibənin uzun müddət davam edəcəyini düşünmürəm. İndi İsrail İranın cavab zərbələrinin qarşısını almağa çalışacaq. Tehranın zərbələrinin nə qədər effektiv olacağı isə zamanla görünəcək. Amma Tramp İranı xəbərdar edib və müharibə başlayacağı təqdirdə, İsraili müdafiə edəcəyini vurğulayıb. Hər halda bu müharibə beynəlxalq arenada da sevinclə qarşılanmır. Çünki böyük böhranlara səbəb ola bilər. Ümid edirik ki, proses çox uzanmadan yekunlaşacaq və bölgədə sabitlik təmin olunacaq.

Millət vəkili Elçin Mirzəbəyli də mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb:

Fayl:Siyasətçi

“İranda müharibə artıq çoxdan başlayıb. Bu isə savaşın davamı hesab oluna bilər. Artıq İsrailin İran tərəfindən sərgilənən mövqe ilə razılaşmaması və Trampın danışıqları istədiyi məcraya yönəldə bilməməsi zərbələrin endirilməsinə zəmin yaratdı. İranın yüksək ali hərbi rəhbərliyinin öldürülməsi Tehran hakimiyyətinə və cəmiyyətə müsaj xarakteri daşıyır. Həm keçirilən əməliyyatın adı, həm də hədəfə alınan şəxslərin statusu simvolik məna daşıyan proses kimi dəyərləndirilməlidir. İranın dini-siyasi rəhbərliyinin tez-tez xatırlatdığı ifadənin əməliyyata ad seçilməsi mesajdır. Yəni İsrail “aslan”ın kim olduğunu göstərməyə çalışır. İndi İsrail İranın mümkün zərbələrinin qarşısını almağa çalışacaq və bu məsələdə ABŞ-ın yardımını gözləyəcək. Amma prosesin quru qoşunlarının iştirakı ilə davam edəcəyini gözləmək mümkünsüzdür. Çünki İran ərazisi kifayət qədər genişdir. İsrailin quru qoşunlarının İran ərazisinə daxil olması və burada hərəkəti mümkün deyil. Bu, çox böyük itkilərə yol aça və uğursuzluqla nəticələnə bilər. Çox güman ki, İsrail hava hücumunu davam etdirərək İranın yüksək rütbəli şəxslərini sıradan çıxarmağa çalışacaq. Bu, ABŞ-İran danışıqlarını da sıradan çıxaracaq. Məsələ artıq hərbi həll istiqamətində irəliləyir”

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
28
1
konkret.az

2Mənbələr