İran İsrailin hücumlarından sonra ABŞ ilə nüvə danışıqlarını dayandırdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, İranın dövlət televiziyası bildirib ki, İran iyunun 15-də Omanın paytaxtında ABŞ-la keçirilməsi planlaşdırılan dolayı nüvə danışıqlarında iştirak etməyəcək.
ABŞ-ın İranın uranın zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırması ilə bağlı israrlı olması səbəbindən bir müddət keçirilə bilməyən danışıqların iyunun 15-də Omanda davam etdiriləcəyi bildirilib.
İsrail səhər saatlarında İranın paytaxtı Tehran, Təbrizə, İsfahandakı Natanz nüvə obyektinə, Luristan və Kirmanşah şəhərlərinə hücumlara başlayıb.
Hücumlarda İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, general-mayor Hüseyn Səlami və nüvə alimləri də daxil olmaqla yüksək rütbəli hərbçilər həlak olub.
İsrailin Tehrana hücumları zamanı mülki yaşayış məntəqələri də vurulub, çoxlu mülki vətəndaş həyatını itirib.
Aytən Yaşar/ Turkustan.az