İran son bir neçə saat ərzində İsrail istiqamətində 100-dən çox pilotsuz uçuş aparatı buraxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb.
Bildirilib ki, hazırda İsrailin Müdafiə ordusu dronların zərərsizləşdirilməsi istiqamətində çalışır.
***
“The Times of Israel”in məlumatına görə, İsrail İran tərəfindən buraxılan dronların zərərsizləşdirilməsinə başlayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatları İsrail sərhədlərindən kənarda vurulur.
Zərərsizləşdirilməyən dronların bir saat ərzində İsrailə çatması gözlənilir.