AZ

6 nüvə alimi həlak olub

İran mediası bu gün İsrailin İrana genişmiqyaslı hücumu nəticəsində 6 nüvə aliminin həlak olduğunu bildirib. Həmçinin, İsrailin Tehranda yaşayış məntəqəsinə endirdiyi hava zərbəsi nəticəsində 5 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilib.

İran dövlət televiziyası hücumlar zamanı aralarında uşaq və qadınların da olduğu azı 50 nəfərin yaralandığını bildirib.

Televiziya “İsrailin hücumundan sonra ən azı 35 qadın və uşaq da daxil olmaqla 50-yə yaxın yaralının Şamran Xəstəxanasına (Tehran) aparıldığını” bildirsə də, ölənlərin sayı barədə heç bir məlumat verməyib.

***

İsrail bu gün İranın nüvə və hərbi obyektlərinə, o cümlədən “Nantanz obyekti”nə bir sıra irimiqyaslı hücumlar təşkil edərək, aparıcı hərbi komandirləri öldürüb. İranın ali lideri isə İsraili “ağrılı və kədərli tale” ilə hədələyib.

İran rəsmiləri İsrailin misli görünməmiş hücumuna cavab vermək üçün qanuni haqqını vurğulayıb və İsrailin müttəfiqi olan ABŞ-ı hücumun nəticələrinə görə məsuliyyət deyib. Hücumlar Tehran və Vaşinqton arasında Omanın paytaxtı Maskatda keçiriləcək yeni nüvə danışıqlarından iki gün əvvəl həyata keçirilib.

***

İsrail bəyan edib ki, İrana hücum etməkdən başqa çarəsi yox idi və Tehranın nüvə silahı əldə etmək səylərində geri dönüş nöqtəsinə yaxınlaşdığına dair kəşfiyyat məlumatı alıb.

İsrail ordusunun bəyanatında deyilir: “İran rejimi onilliklərdir nüvə silahı əldə etmək üçün çalışır. Dünya bütün diplomatik kanalları sınadı, lakin İran bunu rədd etdi”.

Ordu bu yaxınlarda əldə etdiyi iddia edilən dəlilləri hələ açıqlamayıb.

Seçilən
54
vaxt.az

1Mənbələr