AZ

Cəmil Əliyev: Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi mühüm platforma rolunu oynayacaq

Bakı, 13 iyun, G.Mahmudlu, A.Haqverdiyeva, AZƏRTAC

Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində dünyanın 10 ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı deyib.

Cəmil Əliyev qeyd edib ki, bu tədbir səhiyyənin onkologiya sahəsi və gələcək üçün olduqca önəmlidir. “Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi iştirakçı ölkələrdə onkoloji xidmətin təşkilinin müzakirəsi, təcrübə və bilik mübadiləsinin aparılması, onkologiyanın aktual problemlərinin birgə həlli yollarının hazırlanması üçün mühüm platforma rolunu oynayacaq. Əminəm ki, Konqresin nəticələri bizi onkologiya sahəsində əməkdaşlığa bir addım da yaxınlaşdıracaq. Bu səbəbdən Konqresin yüksək səviyyədə keçəcəyinə inanır və uğurlar arzu edirəm”, - deyə Baş direktor əlavə edib.

Seçilən
33
azertag.az

1Mənbələr