Hazırkı təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, İsraildə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur. Vətəndaşların ayıq-sayıq olmaları və həyəcan siqnalı zamanı ən yaxın sığınacaq yerlərini əvvəlcədən müəyyən etmələri vacibdir.
Eyni zamanda, Azərbaycan vətəndaşlarından İsrailin yerli səlahiyyətli orqanlarının verdiyi təhlükəsizlik təlimatlarına tam uyğun hərəkət etmələri və mümkün qədər sığınacaqların yaxınlığında olmaları xahiş edilir. Təhlükə barədə operativ məlumatların vaxtında alınması üçün mobil telefonlara “Home Front Command”, “Red Alert” və “Tzofar” kimi təhlükəsizlik tətbiqlərinin yüklənməsi məsləhət görülür.
Qeyd edək ki, hazırda İsrailin hava məkanı bağlandığından hava nəqliyyatı ilə ölkədən çıxış mümkün deyil. Lakin ölkənin quru sərhəd-keçid məntəqələri fəaliyyətini davam etdirir.