AZ

"Bu hücum yalnız İrana deyil, bütün dünyaya təhlükə yaradır"

Xəbər verdiyimiz kimi, İsrail bu gün səhər saatlarında İrana hücum edib. Hücum nəticəsində ölən və yaralananlar var. Hər iki ölkədə fövqəladə vəziyyət elan olunub.

Baş verən bu qarşıdurma dünyaya necə təsir edəcək?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, İran-İsrail müharibəsi gözlənilən idi:

“Dünya konfliktlərin həllində deyil, onların daha da dərinləşməsi istiqamətində irəliləyir. Ölkələrin və beynəlxalq təşkilatların problemlərin həlli üçün ciddi səylər göstərməməsi yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur.

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Yaxın Şərqdəki problemlərin hələ də həll olunmadığı bir zamanda İran və İsrail arasında baş verən bu qarşıdurma, xüsusilə də bir gecə ərzində həyata keçirilən genişmiqyaslı əməliyyatlar, dünya üçün ciddi təhlükə yaradır və yaxşı heç nə vəd etmir”.

Politoloq qeyd edib ki, bu hücum təkcə iki ölkə arasında deyil, bütövlükdə qlobal sabitlik baxımından təhlükəli məqamları özündə ehtiva edir:

“Hər bir halda, bu vəziyyətin tezliklə nəzarət altına alınması və münaqişənin daha da genişlənməməsi üçün beynəlxalq birlik olmalı, daha qətiyyətli və sərt addımlar atılmalıdır”.


Günel Məlikzadə













Seçilən
1
news24.az

1Mənbələr