Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın İsfahandakınüvə obyektinə İsrailin hücum həyata keçirmədiyini təsdiqləyib.
Bu barədə Trendagentliyə istinadən xəbər verir.
“İran rəsmiləri ilə əlavə təmaslar göstərir ki, İsfahandakıobyekt zərər görməyib”, – deyə BAEA-nın baş direktoru Rafael Qrossibildirib.
Eyni zamanda, baş direktor Fordodakı yanacaq zənginləşdirməzavodununun daha hücuma məruz qalmadığı dilə gətirib.
Bundan əvvəl agentlik Buşehrdəki atom elektrik stansiyasınınİsrailin hava hücumlarına məruz qalmadığını bildirmişdi. Eynizamanda Natanzdaki obyektin İsrailin hücum hədəflərindən biriolduğu bildirilir.
“Natanzda radiasiya səviyyəsində artım qeydə alınmayıb”, – deyəQrossi əlavə edib.