AZ

Rəşad Mustafayev: Müharibə veteranlarına sosial dəstək tədbirləri davam etdirilir

Müharibə veteranlarına sosial dəstək tədbirləri davam etdirilir.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev jurnalistlər üçün brifinqdə deyib.

Onun sözlərinə görə, aylıq təqaüdlər gündəlik kommunal, nəqliyyat xərcləri və digər xərclərin qarşılanması üçün nəzərdə tutulur.

Nazir müavini dövlətin sosial tədbirlərinin əsasən əmək qabiliyyəti məhdud şəxslərə şamil edildiyini də qeyd edib.

“Bunlar əlilliyi olan, pensiya yaşına çatmış şəxslər, çoxuşaqlı analar və başqalarıdır”.

Rəşad Musyafayev ümumi yanaşmanı sosial ədalət prinsipinə dayandığını vurğulaayıb:

“Veteranlarımız əmək qabiliyyətli insanlardır. Biz veteranların rifahının uzunmüddətli təşfiq edilməsinə çalışırıq və veteranların məşğulluq imkanlarının yaradılmasına, eləcə də kiçik biznesə çıxışlarının olmasına çalışırıq”.

Seçilən
4
2
report.az

4Mənbələr