AZ

İsrail səfərbərlik elan etdi

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) ehtiyatda olan hərbçilərin (rezervistlər) səfərbər olunduğunu elan edib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat verib.

"İsrail Müdafiə Qüvvələri 8 saylı əmrə uyğun olaraq minlərlə ehtiyatda olan hərbçini əsasən kritik birləşmələrə göndərir: Hərbi Hava Qüvvələri, arxa cəbhə komandanlığı, şimal və mərkəzi komandanlıqlar, hərbi kəşfiyyat və tank əleyhinə müdafiə komandanlığı", - deyə məlumatda bildirilib.

ÇAXAL, həmçinin Yəhudeya və Samariyada yerləşən bölmələrdə də hazırlığı artırır. Bundan əlavə, Fələstin şəhərlərinin ətrafında kordon qurulur və bölgədə qüvvələrin mövcudluğu gücləndirilir.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri bu gün səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüblər.

Seçilən
5
10
axar.az

10Mənbələr