AZ

İmişlidə “Heydər Əliyev xalqımızın xilaskarıdır” mövzusunda elmi praktik konfrans keçirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

İmişli, 13 iyun, Aydın Yavərzadə, AZƏRTAC

İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev xalqımızın xilaskarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları Ümummill Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ulu Öndərin zəngin və şərəfli ömür yolunu, dövlətçilik fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, 15 İyun adi bir tarix deyil, Azərbaycanın müstəqil dövlət kimi varlığının və inkişaf yolunun əsasını qoyan dönüş nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin xaosdan, parçalanmadan xilas olunmasına səbəb olub və sabit, dayanıqlı inkişafın əsası qoyulub.

Digər çıxış edənlər də Milli Qurtuluş Gününün əhəmiyyətindən, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar. Bildirilib ki, bu müdrik siyasət Azərbaycanın həm daxili sabitliyinin, həm də beynəlxalq nüfuzunun əsas dayağıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
azertag.az

1Mənbələr