AZ

Hilmi Kodaz: Türk dövlətlərinin sağlam inkişafı üçün birgə addımlamalıyıq

Türk dövlətlərinin sağlam inkişafı üçün birgə addımlamaq lazımdır.

"Report" xəbər verir ki, bunu Avrasiya Onkologiya Cəmiyyətinin sədri Hilmi Kodaz Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Bakıda keçirilən Birinci Konqresində deyib.

O qeyd edib ki, xərçəng ölkələrdə ən önəmli sağlamlıq problemlərindən biridir.

Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Yerbol Bekmuxametov bildirib ki, türkdilli ölkələrdə belə tədbirlərin keçirməsi münasibətlərin daha da dərinliyinə kömək edəcək. Onun sözlərinə görə, bu konqresə gələn il Qazaxıstan da ev sahibliyi etmək istəyir.

Qazaxıstan Milli Elmi Onkologiya Mərkəzinin İdarə Heyətinin sədri Jantus Burkitbayev isə deyib ki, hər ölkənin inkişaf təməli əhalisinin sağlamlığıdır: "Ümid edirəm ki, bu tədbirlə ölkələrimiz arasında münasibətləri daha da dərinləşdirəcəyik".

Qırğızıstan Səhiyyə Nazirliyinin Milli Onkologiya və Hematologiya Mərkəzinin sədri Nurbek Bukuyev vurğulayıb ki, bugünkü konqresdə məlumat mübadiləsi ölkələrin sağlamlığı üçün faydalı olacaq.

Özbəkistan Səhiyyə Nazirliyinin ixtisaslaşdırılmış Onkologiya və Radiologiya Elmi-Praktiki Tibb Mərkəzinin direktoru Mirzaqolib Tillaşayxov çıxışı zamanı türkdilli ölkələrinin əksəriyyətində onillər boyunca onkologiya sahəsində mübarizə fəaliyyətinə diqqət çəkib: "Son illər tibdə güclü inkişaf baş verib, eləcə də onkologiya ilə mübarizə sahəsində".

Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyi Elmi-Klinik Onkologiya Mərkəzinin direktoru Mive Berdımuradova konqresi onkologiya sahəsində təcrübələrin bölüşdürülməsi üçün vacib platforma hesab edib.

Seçilən
18
report.az

1Mənbələr