AZ

Masallıda avtomobil piyadanı vuraraq öldürüb

Masallıda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Cənub bürosunun məlumatına görə hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisində baş verib.

Belə ki, Lerik rayonunun Pirasora kənd sakini 1959-cu il təvəllüdlü Teyyub Balağa oğlu Bağırov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən piyadanı vurub.

Piyada hadisə yerində ölüb. Hazırda piyadanın kimliyi öyrənilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
1
report.az

2Mənbələr