AZ

Premyer Liqanı II Liqaya dəyişdi – yüksək maaş üçün

Premyer Liqaya vəsiqə qazanan “Karvan” klubunun hücumçusu komandadan ayrılıb.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Bəhruz Teymurovdan gedir. O, Yevlax təmsilçisi ilə yollarını ayırıb. Hücumçu II Liqa klubu “Xankəndi” ilə müqavilə imzalayıb.

“Karvan” Teymoruvu heyətdə saxlamaq istəsə də, oyunçu Qarabağ klubunu seçib. Buna səbəb Xankəndi təmsilçisinin daha yüksək maaş təklif etməsi olub.

“Karvan” 31 yaşlı hücumçuya aylıq 2500, “Xankəndi” isə 3500 manat maaş önərib. Teymurov da bu səbəbdən II Liqa klubu ilə anlaşıb.

Xatırladaq ki, təcrübəli oyunçu ötən mövsüm “Karvan” forması ilə I Liqada 13 qol vurub.

 

 

Seçilən
7
1
idmanxeber.az

2Mənbələr