AZ

Hindistan təyyarə qəzası nəticəsində cəsədlərin çıxarılmasını başa çatdırıb

Ölkənin daxili işlər naziri Amit Şah bildirib ki, Hindistanın qərbində Air India aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin qəzaya uğradığı yerdən cəsədlərin eksqumasiyası başa çatmaq üzrədir.

Editor.az bu barədə xarici mediaya istinadla məlumat yayıb.

Hazırda təyyarənin sərnişinlərinin ailə üzvlərindən DNT nümunələrinin toplandığını və minə yaxın DNT testinin aparılacağını qeyd edən Şah təyyarə qəzasında ölənlərin dəqiq sayının müvafiq araşdırmalardan sonra açıqlanacağını əlavə edib.

Daha əvvəl mediada ölənlərin sayının 294 olduğu bildirilmişdi. Əhmədabad polisi Vidhi Çaudhari Reuters agentliyinə bildirib ki, ölənlərin sayına bədən hissələri daxildir.

Təyyarə qəzası iyunun 12-də Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad hava limanı yaxınlığındakı Meqaninaqar rayonunda baş verib. Təyyarə göyərtəsində 242 nəfərlə Londona qalxıb, lakin havaya qalxdıqdan qısa müddət sonra hündürlüyünü itirməyə başlayıb və tibb kollecinin yataqxanasının binasına çırpılıb.

Hindistanın ANI xəbər agentliyinin verdiyi məlumata görə, bir nəfər sağ qalan Air India Boeing 787 təyyarəsinin qəzaya uğradığı yerdə tapılıb. Sağ qalanın hazırda müalicəsi davam edir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr