AZ

İran hücuma KEÇDİ, ŞOK BƏYANAT: Dağıdacağıq! - ABŞ və Britaniya qırıcıları HAVAYA QALXDI

Xəbər verdiyimiz kimi, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

Axar.az xatırladır ki, İsrailin "Kan" telekanalı yaxın 2 saat ərzində İranın İsrailə qarşı misli görünməmiş cavab zərbəsi endirəcəyini bildirib.

Bu məlumatdan sonra Teleqram kanallarında İran hücumlarının qarşısını almaq üçün İsrail təyyarələrinin İsraildən, ABŞ təyyarələrinin İraqdan, İngiltərə təyyarələri Kiprdən havaya qalxdığı bildirilir.

İsrailin İslam Respublikasına hava zərbələrindən sonra İran hökuməti bəyanat yayıb.

Musavat.com bu barədə “Tasnim News”a istinadən xəbər verir.

“İran hökuməti bu andan İsraili peşman etmək üçün lazımi müdafiə, siyasi və hüquqi tədbirlərə başlayıb. Biz sionistlərin dinc yatmasına imkan verməyəcəyik. Biz öldürülən hər bir şəxsin qisasını alacağıq və İranın milli suverenliyinin pozulmasını qəsbkar İsrailin bağışlanmaz günahına çevirəcəyik. Biz BMT Təhlükəsizlik Şurasını öz ləyaqətini və beynəlxalq sistemin varlığını müdafiə etməyə çağırırıq”, - deyə, bəyanatda vurğulanıb.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
21
7
musavat.com

8Mənbələr