İsrail ordusu İranın ən yüksək rütbəli hərbi komandirlərindən 3 nəfərini, o cümlədən Baş Qərargah rəisi və SEPAH komandirini öldürüb.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail ordusu İran rejiminin ən yüksək rütbəli hərbi komandirlərindən 3 nəfərini öldürüb: İran rejiminin silahlı qüvvələrinin Baş Qərargah rəisi, SEPAH komandiri və Fövqəladə Hallar Komandanlığının rəhbəri”,- məlumatda deyilib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid, nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Firudin Abbasi öldürülüb.