AZ

İsrail İrana məxsus PUA-ları vurmağa başladı

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri İran hərbçiləri tərəfindən buraxılan pilotsuz təyyarələri vurmaq üçün əməliyyata başlayıb.


Sfera.az “Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, hərbçilər pilotsuz təyyarələri İsrail hava məkanına çatmazdan əvvəl vurmağa çalışırlar.   


PUA-ların yaxın bir neçə saat ərzində İsrailə çatacağı gözlənilir.


Xatırladaq ki, 12-dən 13-ə keçən gecə İsrail İranın nüvə obyektlərinə silsilə zərbələr endirib.


İran Xarici İşlər Nazirliyi buna cavab olaraq xəbərdarlıq edib ki, Tehran İsrailə qarşı cavab tədbirləri görmək hüququna malikdir və “tərəddüd etmədən millətin müdafiəsinə qalxacaq”.

 

Bundan sonra məlum olub ki, İran hərbçiləri İsrail istiqamətində yüzə yaxın pilotsuz uçuş aparatları atıblar.


Fidan Hacızadə
Sfera.az

Seçilən
6
sfera.az

1Mənbələr