AZ

İranlı analitik: İsrail ABŞ-ni İranla müharibəyə cəlb etmək istəyir – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranlı siyasi analitik Puyya Hosseyni "news.am" saytına açıqlamasında bildirib ki, ABŞ və İran arasında altıncı raund danışıqları elan edildiyi gün İsrailin İrana hücumu təsadüfi deyil və məqsəd bu prosesi pozmaqdır.

Hosseyninin sözlərinə görə, İsrail bu hücumla ABŞ-ni də münaqişəyə cəlb edərək İran problemini Vaşinqtonun əli ilə həll etmək istəyir. "Bu, Netanyahunun planıdır. Halbuki Tramp bir gün öncə nüvə proqramı ilə bağlı siyasi həllin tərəfdarı olduğunu və İİR-lə danışıqların aparılmasını tapşırdığını açıqlamışdı," - deyə o bildirib.

Ekspert İsrailin bu hücumu ABŞ-siz həyata keçirə bilməyəcəyini deyib: "Trampın gecə saatlarında diplomatik açıqlamasından bir neçə saat sonra hücum baş verdi. Bu təsadüfi ola bilməz."

Bölgədə genişmiqyaslı müharibənin mümkünlüyünə toxunan Hosseyni bildirib ki, bu, ABŞ-nin mövqeyindən asılı olacaq: "Əgər ABŞ İsraili dəstəkləyərsə və birgə hücumlar başlasa, bölgə müharibəyə sürüklənəcək."

O qeyd edib ki, İran son günlərdə İsrailə dair geniş kəşfiyyat məlumatları əldə edib və bu da cavab zərbələrinin hədəf seçiminə ciddi təsir edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
50
olaylar.az

10Mənbələr