Masallıda piyada ölüb.
"Unikal"ın məlumatına görə, hadisə Ələt-Astara magistralının 131 km-də Masallı rayonu ərazisində keçən hissəsində qeydə alınıb. Lerik rayon Pirasora kənd sakini 1959-cu il təvəllüdlü Teyyub Balağa oğlu Bağırov idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu əks istiqamətə keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.
Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev