İranla qarşıdurma uzun sürəcək.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı açıqlayıb.
"Biz çox uğurlu ilk zərbəni həyata keçirdik: biz yüksək komandanlığı vurduq, nüvə silahının hazırlanması ilə məşğul olan aparıcı alimləri vurduq və nüvə infrastrukturunu vurduq.
Ciddi uğurlar əldə etmişik. Amma mən də başa düşürəm və siz bunu bilirsiniz ki, əvəzsiz müharibə yoxdur. Biz cəbhə xəttində uzun müddət, indiyə qədər adət etdiyimizdən xeyli uzun qalmaqla üz-üzəyik", - hökumət başçısı bildirib.
O, vurğulayıb ki, ölkə vətəndaşları çətinliklərə hazır olmalıdır: "İsrail xalqını komandanlığın göstərişlərinə son dərəcə ehtiyatla əməl etməyə çağırıram. Sığınacaqlarda uzun müddət qalmalı olma ehtimalınız yüksəkdir. Əminəm ki, siz artıq hazırlaşırsınız: ehtiyacınız olan hər şeyi: ərzaq, ləvazimat, geyim ehtiyatı yığırsınız. Amma ən əsası səbirli olmaq, yolumuzun doğruluğuna inanmaq və qələbəyə arxayın olmaqdır".
Ağarza Elçinoğlu