AZ

Nüvə obyektlərinə hücumdan sonra radiasiya səviyyələri necədir?

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin İrana hücumlarında Buşəhr Atom Elektrik Stansiyasının hədəf alınmadığını və hədəf alınan Natanz Nüvə Müəssisəsində radiasiya səviyyəsində artım müşahidə olunmadığını bildirib.

"Unikal" xəbər verir ki, bu  barədə məlumat MAQATE  "X" sosial media hesabında yer alıb.

MAQATE-nin direktoru Rafael Mariano Qrossi qeyd edib ki, İran rəsmiləri İsrailin bu ölkəyə hücumlarından sonra Buşəhr Atom Elektrik Stansiyasının hədəfə alınmadığını və hədəf alınan Natanz obyektində radiasiya səviyyəsinin artmasının müşahidə olunmadığını bildiriblər.

İran Dövlət Televiziyası da “Natanz nüvə obyektinin vurulduğunu, lakin heç bir sızma olmadığını” açıqlayıb. 

Gülayə Mecid 

Seçilən
24
50
unikal.az

10Mənbələr