AZ

Quzanlıda binaların və abidələrin təmirinə başlanılacaq

BAKI, 13 iyun. TELEQRAF

Ağdam Rayon İcra Hakimiyəti Ağdamın Quzanlı qəsəbəsində bina və abidələrin təmir-abadlaşdırma işlərinin görülməsi ilə bağlı ümumi dəyəri 615 min manat olan bir neçə tender elan edib.

Teleqraf xəbər verir ki, qəsəbə ərazisində qeyri-yaşayış binasının və “daş evlər” adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmiri ilə bağlı tenderlərin hər birinin ehtimal olunan qiyməti 205 min manatdır.

Rayonun Quzanlı qəsəbəsində abidələrin abadlaşdırılması işləri bağlı tenderin ehtimal olunan qiyməti də 205 min manatdır.

Tenderlərlə bağlı təkliflərin son təqdim olunma tarixi iyulun 8-nə təyin olunub. Zərflər də həmin tarixdə açılacaq.

Təchizatçılar sözügedən müsabiqələrdə təkliflərini təqdim etmək üçün 350 manat iştirak haqqı ödəməlidirlər.

Qeyd edək ki, İcra Hakimiyyətinin Quzanlı Ərazi Nümayəndəliyi ötən gün qəsəbə ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsi üçün “Dream Construction Company” MMC ilə 258 min 172 manat dəyərində müqavilə imzalayıb. Müqavilə ilə bağlı işlərə iyunun 10-dan başlanılıb və yanvarın 30-u bitməsi planlaşdırılıb.

Seçilən
25
teleqraf.com

1Mənbələr