AZ

KİV: Britaniya İsraili müdafiə etməyi planlaşdırmır

BAKI, 13 iyun. TELEQRAF

“İranın İsrailə cavab hücumları kontekstində Böyük Britaniya İsrailə özünü qorumağa kömək etməyi planlaşdırmır”.

Teleqraf xəbər verir ki, bu barədə “Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

“Böyük Britaniya müdafiə mənbələri deyirlər ki, Böyük Britaniyanın İsraili qorumaq üçün heç bir planı yoxdur. Amma bu, gün ərzində dəyişə bilər”, - məlumatda deyilir.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.

Seçilən
10
teleqraf.com

1Mənbələr