"Arsenal"ın sol cinah müdafiəçisi Oleksandr Zinçenko karyerasını "Milan"da davam etdirə bilər.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən yaydığı məlumata görə, “rossonerilər” 28 yaşlı futbolçunu “Atletiko Madrid”ə keçməyə yaxın olan Teo Hernandesin əvəzləyicisi kimi görür. "Milan" artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
"Döşək ustaları" 27 yaşlı müdafiəçi üçün təklifini 18-20 milyon avroya qədər artırıb.
Ukraynalı futbolçu 2022-ci ilin yayından "Arsenal"da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 23 matçda iştirak edib, 1 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.