AZ

"Sevilya"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

"Sevilya" klubu yeni baş məşqçi ilə anlaşıb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabı üzərindən yayıb.

Mənbənin məlumatına görə, argentinalı Matias Almeyda "Sevilya"ya rəhbərlik etməyə razılıq verib. 51 yaşlı mütəxəssis klubla 3 illik müqavilə imzalayacaq.

"Sevilya"ya aprel ayından Xoakin Kaparros rəhbərlik edir. Əndəluslular 2024/25 mövsümündə 41 xal toplayaraq La Liqada 17-ci yeri tutublar.

Almeyda 2022-ci ildən 2025-ci ilə kimi AEK-i çalışdırıb. 

Mirağa

Seçilən
22
fanat.az

1Mənbələr