İsrail Hərbi Hava Qüvvələrinin İranın Təbriz şəhərinə hücumu nəticəsində ən azı üç nəfər həlak olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin rəhbəri bildirib.
"İsrailin Təbrizə hücumu nəticəsində üç həmvətənimiz həlak olub", - “Tasnim” agentliyi məmurun sözlərindən sitat gətirir.