AZ

Türkdilli dövlətlər arasında onkologiya sahəsi üzrə əməkdaşlığa dair memorandum imzalanıb

Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi çərçivəsində Onkologiya sahəsi üzrə ümumi əməkdaşlığa dair memorandum imzalanıb.

APA xəbər verir ki, memorandumu imzalayan tərəflər bu sahədə əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə mübarizə tədbirləri və elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsinə
razılaşıblar.

Sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Onkologiya sahəsi üzrə ixtisaslaşmış qurumlarının rəhbərləri arasında imzalanıb.

Seçilən
53
apa.az

1Mənbələr