AZ

"Hər il dünyada 400 min uşağa xərçəng diaqnozu qoyulur" -nazir


Azərbaycanın Səhiyyə naziri Teymur Musayev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı maraqlı fikirlər səsləndirib. Nazir bildirib ki, qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur. O bildirib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib: SİTAT: “Dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur. Ötən əsrin 60-cı illərində uşaqların xərçəngdən sağalma faizi 10 faiz idisə, bu gün həmin göstərici 90 faizin üzərindədir”.

Mətləb Salahov

Seçilən
31
baki-xeber.com

1Mənbələr