İranın İsrail tərəfindən vurulması ilk növbədə İranın bölgədəki müttəfiqlərini zəiflədəcək. İranın müttəfiqləri də Rusiya və Ermənistandır.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Avropada yaşayan jurnalist Elbəyi Həsənl çıxış edib. O bildirib ki, hədəf İranda molla rejimini dəyişməkdir:
“İranı ona görə vururlar ki, bu ölkə nüvə silahı əldə etməyin bir addımlığındadır. Problemi həll etmək üçün İranın nüvə obyektlərini vurmaqla iş bitməyəcək. Hədəf İranda molla rejimini dəyişməkdir…
Çaraqlıdır ki, baş verən proseslərin Azərbaycana hansı təsiri olacaq? İranda əhalinin böyük bir hissəsi bizim soydaşımızdır. Ona görə də Azərbaycana qaçqın axınının olması ehtimalı yüksəkdir. Əlbəttə, bu işin mənfi tərəfidir. Müsbət tərəfi isə daha çoxdur. Belə ki, Türkiyə-Azərbaycan ittifaqının bölgədə mövqeyləri daha da güclənəcək. Heç şübhəsiz ki, bu, Zəngəzur dəhlizinin açılmasına da müsbət təsir edəcək”.
Gülşən Rəsul