“Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrü respublikada onkologiya ilə mübarizənin yüksəliş mərhələsi kimi səciyyələndirilir”.
Busaat.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.
Nazirin sözlərinə görə, həmin illərdə Azərbaycanda onkologiya ilə mübarizənin inkişafına təkan verən amillərdən biri ulu öndərin şəxsi təşəbbüsü ilə SSRİ-nin aparıcı onkoloji mərkəzlərində respublika üçün mütəxəssislərin hazırlanması olub:
“Məhz həmin alimlər sonralar ölkəmizdə səhiyyənin və təbabət elminin, xüsusilə də onkologiyanın inkişafında mühüm rol oynayıblar”.
Nazir qeyd edib ki, Azərbaycanda onkoloji xidmətin inkişafı dövlət siyasətinin prioritetidir.
O vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi diqqəti və təşəbbüsləri ilə onkoloji xidmət sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib:
“Milli Onkologiya Mərkəzi regionda qabaqcıl tibb ocaqlarından birinə çevrilib, müasir texnologiyalar və infrastrukturla təchiz olunub”.