Ölkənin ən böyük gözəllik festivalı “Olifest” 8 iyun Bakı bulvarında “Olivia” mağazalar şəbəkəsinin təşkilatçılığı ilə həyata keçirildi.
50 mindən çox ziyarətçinin bir yerə toplayan tədbirdə “Olivia” mağazalarında satışda olan məşhur və eksklüziv brendlərin sərgisi keçirildi. Məhsullarla daha yaxından tanış olmaq, test etmək, maraqlandıran suallara brend nümayəndələrindən və ya konsultantlar tərəfindən cavab almaq mümkün oldu. Hər stendin qarşısında müxtəlif aktivliklər keçirilirdi, hədiyyəllər və endirim kuponları paylanırdı.
Bu günü daha da yaddaqalan edən rəngarəng fotozonalar, brendvol, xatirə divarı, face art və xodulistlər də festivalda yer almışdı.
Olifest həm də maarifləndirici platforma idi – öz sahələrinin mütəxəssisi olan 4 fərqli spiker gözəllik, baxım, astrologiya və digər mövzularda çıxış etdilər.
Festivalın məqsədi təkcə əyləncə deyil, həm də müştəri bağlarını gücləndirmək və onlara yaddaqalan xoş təcrübə yaşatmaq idi.
Olifest festivalı çərçivəsində Urban Care, Ucla, Golden Rose, Belor Design, Celenes, Medipeel, Ninelle, The Purest Solutions, Frudia, Mizon və FarmStay kimi brendlər xüsusi tərəfdaş kimi çıxış etdilər. Ümumilikdə isə onlarla brend bu festivalda iştirak edərək öz məhsullarını təqdim etdilər.
Xalq artisti Aygün Kazımovanın da iştirak etdiyi möhtəşəm konsert proqramı ilə başa çatan festival qonaqlar üçün unudulmaz xatirələr yaradıb.








