AZ

NATO: “Dünya nüvə müharibəsinə yaxın deyil”- ÖZƏL

NATO İsrailin İrana zərbəsindən sonra dünyanın nüvə müharibəsinə yaxınlaşdığını düşünmür. Olaylar.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte İsveçin paytaxtı Stokholmda keçirdiyi mətbuat konfransında bildirib.
O, Bildeberq Klubunun toplantısında iştirak etmək üçün şəhərə səfər edib. Jurnalistlərin "İsrailin İrana hücumundan sonra dünya nüvə müharibəsinə nə qədər yaxındır?" sualına cavab verən Rutte bildirib:
"Xeyr, xeyr, biz hələ o mərhələdə deyilik. NATO-ya üzv bütün ölkələr artıq gərginliyin azaldılması üzərində çalışırlar."
Baş katibin sözlərinə görə, əsas məqsəd vəziyyəti daha da gərginləşdirmədən diplomatik yollarla həll tapmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr