İrana hücum İsrailin birtərəfli aksiyasıdır, buna görə də ABŞ da daxil olmaqla NATO ölkələri Yaxın Şərqdə gərginliyin azaldılmasına kömək etməlidir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Stokholmda keçirdiyi mətbuat konfransında bildirib.
"Bu, İsrail tərəfindən birtərəfli aksiyadır. NATO üzrə müttəfiqlər, ilk növbədə ABŞ, gərginliyin azaldılmasına kömək etməlidirlər və bilirəm ki, onlar artıq bunu edirlər", - Rütte İsrailin İrana havadan endirdiyi zərbə ilə bağlı suala belə cavab verib.
O, həmçinin qeyd edib ki, NATO İsrailin İrana hücumundan sonra dünyanın nüvə müharibəsinə yaxınlaşdığını düşünmür.