AZ

Vətən müharibəsindən sonra şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26 min 600 nəfərin məşğulluğu təmin edilib

Bakı, 13 iyun, AZƏRTAC

Dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud şəxslərə tətbiq edir. Bunlar əlilliyi olan, pensiya yaşına çatmış şəxslər, aztəminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır. Yanaşma sosial ədalət prinsipinə əsaslanır.

AZƏRTAC xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev 2025-ci ildə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinqdə deyib.

“Veteranların rifahının uzunmüddətli dayanıqlı şəkildə dəstəklənməsini daha çox təşviq edirik. Onların məşğulluq imkanları, həmçinin kiçik biznesə çıxış imkanları yaradılır. Bunlarla bağlı mühüm addımlar atılır. Təqaüd verilməsi ilə yanaşı, dövlət veteranların özünəməşğulluq proqramlarına növbədənkənar cəlb olunmasına, ailə təsərrüfatlarının qurulması yolu ilə veteranlarımıza dəstək olmağa çalışır. Bildirim ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26 min 600 nəfərin məşğulluğu təmin edilib. Onlardan 12 min 600-ü özünəməşğulluq proqramlarına cəlb edilib", - deyə o əlavə edib.

Seçilən
30
2
azertag.az

3Mənbələr