AZ

Məşhur aktyor 13-cü mərtəbədən YIXILIB ÖLDÜ

Türkiyəli aktyor Yezdan Kayacan yaşadığı mənzilin 13-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayacanın nadir rast gəlinən immun sistemi xəstəliyi ilə mübarizə apardığı öyrənilib. Kayacanın ölümü ilə bağlı dostları sosial mediada məlumat bölüşüb.

Aktrisa Hazal Kaya dostunun vəfatı ilə bağlı kədərini bu sözlərlə bölüşüb:
“9 yaşın olduğunu xatırlayıram. Mən məktəbə sonra gəldim, sən böyük gülüşünlə mənə qulluq etdin. Gözəl ruhun bura sığmadı. Bəlkə düz deyirsən... Ay canım, rahat yat”.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, teatr tamaşalarında çıxış edən Kayacan 2018-ci ildə çəkilən “Fındıklar Kırılırken” filmində də rol alıb.

Könül
Musavat.com

Seçilən
30
1
musavat.com

2Mənbələr