AZ

Avropanın məşhur klubundan təklif aldı, Azərbaycana gəlmədi

Macarıstan yığmasının müdafiəçisi Miloş Kerkezin Azərbaycan millisi ilə Mərdəkandakı yoldaşlıq görüşünü buraxıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı oyunçunun “Liverpul”la transfer danışıqları aparmasıdır.

Düşərgədən ayrılan sol cinah oyunçusunun sonradan kollektivə qoşulması istisna edilmirdi.

Lakin Kerkezin “Liverpul”a transfer prosesi ləng getdiyindən, o, yığmanın heyətindən çıxarılıb. Həmin məlumatda isə belə deyilir: “Miloş Kerkez şəxsi səbəblərdən millinin təlim-məşq bazasını tərk edib”.

“Liv Bona Dea Arena”da keçirilən Azərbaycan – Macarıstan oyunu qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Seçilən
7
sportinfo.az

1Mənbələr